15 C
Baku
24 Oktyabr 2025, 4:17
Baş xəbərSiyasət

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu göndərdi

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu göndərib. Məktubda deyilir:

Əlahəzrət, Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Oman xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm.

Hörmətlə, İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib – VİDEO

Aynur Camal

Zorla evləndirilən az yaşlı qız barəsində araşdırmalar gedir

Kəmalə Sultan

Rusiyanın yüksək təhlükəsizlik rəsmisi Əfqanıstanla sərhəddə KTMT və ŞƏT-ə əlavə tədbirlər görməyə çağırdı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu