Bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxış edərkən orta məktəb tədris proqramında dəyişikliklərin zəruriliyini vurğulayıb.
Prezident bildirib ki, təhsil sistemində rəqəmsallaşma və yeni texnologiyalar sahəsinə daha böyük diqqət göstərilməlidir. O qeyd edib ki, şagirdlərə ilkin rəqəmsal biliklərin çatdırılması üçün orta məktəb proqramında müvafiq dəyişikliklər edilməlidir.
Dövlət başçısı həmçinin kadr hazırlığının əsas vəzifələrdən biri olduğunu qeyd edərək, bu sahədə görülən işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Mənbə: azedu.az
