27 C
Baku
10 İyun 2025, 12:31
Baş xəbər

Prezident İlham Əliyev Qırğızıstana təşəkkürünü bildirdi

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib.

Bugun.tv  xəbər verir ki, Azərbaycan dövlətinin başçısı mətbuata bəyanatında deyib: “Mən Sadır Nurqojoyeviçə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq və məktəbin təməlinin qoyulması mərasimində iştirak edəcəyik. Belə qardaş dəstəyinə görə minnətdarıq, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Mənbə: Prezident.az

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Gecə döyüşləri şiddətləndi – VİDEO

Aynur Camal

Süni intellekt tənqidi düşüncəyə mənfi təsir göstərir

Aynur Camal

Şiddətli fırtına ve sel xəbərdarlığı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu