14 C
Baku
17 Fevral 2026, 21:00
Baş xəbərDünya

Prezident İlham Əliyev: Rusiya Kiyevdəki Azərbaycan səfirliyinə ‘qəsdən hücum edib’

Azərbaycan səfirliyi, Rusiya hücumu, İlham Əliyev, Kiyev, diplomatik nümayəndəlik, SOCAR, Ukrayna infrastrukturu, beynəlxalq münasibətlər,

Bildiymiz kimi, keçən il Ukraynada baş verən hadisələr zamanı Rusiyanın hücumları Azərbaycanın Kiyevdəki səfirliyini hədəf alıb.

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında bildirib ki, bu hücumlar “qəsdən” həyata keçirilib və Rusiyanın Azərbaycana qarşı dost olmayan hərəkəti kimi qiymətləndirilir.

Prezident Əliyev qeyd edib ki, səfirlik ilk hücumdan sonra bunu qəza hesab edə biliblər və Rusiyaya Azərbaycanın bütün diplomatik obyektlərinin koordinatları, o cümlədən konsulluq, mədəniyyət mərkəzləri və səfirlik təqdim edilib. Lakin sonrakı iki hücum artıq qəsdən həyata keçirilmiş hesab olunur.

Hücumlar 2025-ci ilin iyul, avqust və noyabr aylarında baş verib. Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayıb ki, İskəndər tipli raketlər səfirliyin ərazisinə ciddi zərər vurub, amma itki olmayıb. Əliyev həmçinin Rusiyanın Ukraynadakı enerji obyektlərinə, xüsusilə SOCAR‑a məxsus infrastruktura ziyan vurduğunu qeyd edib.

Prezident vurğulayıb ki, Azərbaycan yalnız diplomatik yollarla reaksiya göstərib. Rusiya səfirinə diplomatik notalar təqdim olunub və xüsusi bəyanatlar verilib. Rusiya isə hücumların təsadüfi olduğunu bildirir və onları Ukrayna hərbi obyektlərinə yönəlmiş zəruri əməliyyat adlandırır.

Link: Guardian

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Moskva yaxın vaxtlarda müharibə strategiyasını yenidən gözdən keçirə bilər – analitik proqnozu

Aynur Camal

Xiyar yeməyin müntəzəm olaraq faydaları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu