27 C
Baku
10 İyun 2025, 10:10
Baş xəbər

Prezident İlham Əliyev Seneqalın dövlət başçısını COP29-a dəvət etdi

Bugun.tv xəbər verir ki, Prezident İlham Əliyev Seneqalın dövlət başçısı Makki Sallı Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına dəvət edib.

Prezident İlham Əliyev dəvətini yanvarın 18-də Seneqalın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edərkən çatdırıb.

Səfir Seneqal Prezidentinin qardaş salamlarını dövlətimizin başçısına çatdırıb. Qeyd edib ki, Seneqal Prezidenti ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi əzmindədir.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Seneqal dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi bildirilib. İndiyədək Azərbaycanla Seneqalın BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinə göstərdiyi daimi dəstək müsbət amil kimi qeyd edilib.

Mənbə: report.az

Kəmalə Sultan

Oxşar xəbərlər

QHT Sədri  Müşahidə Şurasının və Agentliyin işini müsbət dəyərləndirdi

Bugün TV

ABŞ İsrailə dəstəyini bitirir?

Teymur Əziz

Novxanıda qətl törədildi!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu