Siyasət

Prezident İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə bağlı Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı və mükafatın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib. Görüş zamanı bildirilib ki, Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb və mükafatın təqdimetmə mərasimi fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.

Prezident İlham Əliyev göstərilən yüksək qiymətə və dəvətə görə təşəkkür edərək sülhün regional sabitlik və rifah baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət başçısı bildirib ki, işğal dövründə yaşanan ağır itkilərə baxmayaraq, Azərbaycan dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirib və bu istiqamətdə səylər davam etdirilir. Görüşdə sülh təşəbbüslərinin beynəlxalq miqyasda nümunə kimi qiymətləndirilməsi və region üçün yaratdığı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Pezeşkian Əliyevə: Naxçıvana hücumun İranla əlaqəsi yoxdur

Aynur Camal

İran müharibəsi fonunda neftin qiyməti 110 dolları keçdi

Aynur Camal

Məhəmməd Əsədullazadə: İranda faktiki olaraq hərbi idarəetmə formalaşıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu