7 C
Baku
23 Dekabr 2024, 18:25
Digər

M.Orucova: “Prezident İlham Əliyevin siyasəti tariximizin ən böyük, misilsiz qələbəsidir, uğurudur”

2003 cü il 31 oktyabr.. Açılan yeni, ağappaq bir səhifə. Bu səhifəni – verdiyi qərarlarla, attdığı addımlarla o yazacaqdı. Çünki xalq yekdilliklə ona etimad etdi. 20 il əvvəl Bütöv Azərbaycanın qarşısında and içərək: “Mən bu böyük etimadı doğruldacam, bu vəzifənin öhdəsindən layiqincə gələcəm” dedi xalqın Lideri. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra imzaladığı ilk sərəncam məhz Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində oldu. Verilən bu qərar Ölkənin bütün imkanları bu istiqamətə sərf ediləcək fikirinin sübutu idi. Bu gün artıq aparılan uğurlu soail siyasətin nəticəsi olaraq ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb. Ötən 20 il ərzində  orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925 manata,  orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq pensiya 19 dəfə artaraq 466 manata çatıb. Əlilliyə görə orta aylıq pensiyada 14 dəfə, ailə başçısını itirməyə görə orta aylıq pensiyada 19 dəfə artım baş verib. Pensiya üzrə ödənilən illik vəsait 30 dəfədən çox, o cümlədən son 5 ildə 2,4 mlrd. manat artaraq 6 mlrd. manata çatıb. Ünvanlı sosial yardım proqramına başlandığı 2006-ci ildən ötən dövrdə həmin yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 11 dəfə artaraq 478 manata çatıb. İndiyədək 4 mindən çox sakinin doğma yurd –yuvalarına qayıdışı təmin edilib. Dayanıqlı məskunlaşma üçün isə iş yerlərinin yaradılmasına xüsusi önəm verilir. Köç edən vətəndaşlara özünəməşğulluq praqramı çərçivəsində öz işlərini qurmaq imkanı yaradılır. işğaldan azad olunan ərazilərdə yeni iş yerlərinin yaradılması məqsədilə sahibkarlar üçün biznes və əlverişli investisiya mühiti yaradılıb.Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 159 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan yaradıb. Dövlət başçısının Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra Bakı şəhəri, Abşeron və Bərdə rayonlarında olmaqla 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə artıq 2 milyona yaxın vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu  98,2 faizdir. Hər zaman vətəndaşının yanında olan ölkə başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioitetliyini bu gün də qoruyur. Bu öz növbəsində insan amilinin dövlət siyasətinin əsasında dayandığını nümayiş etdirir.  Prezident İlham Əliyev  hakimiyyətdə olduğu 20 il ərzində bütün sahələrə xüsusi diqqət yetirib bunun bariz nümunəsi bizim gənclər siyasətimizdir.- Azərbaycanda müxtəlif idman oyunları, yarışlar keçirilib. “Bakı-2015” ilk Avropa Oyunları, islam həmrəyliyi oyunları, “Formula-1” Qran-Prisi kimi yarışların yüksək səviyyədə təşkil olunması ilə dünyanın diqqəti ölkəmizə yönəlib.Bizbu yarışların yüksək səviyyədə təşkilatçılığı ilə deyil, həm də idmancılarımızın naliyyətləri ilə dünyanın ilkləri sırasında qərarlaşmışıq. Azərbaycan idmancıları beynəlxalq yaxışlarda 800-dən çox medal qazanıb. Onlardan 300-dənçoxu paralimpiyaçılarımızın payına düşür. idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb və yaradılır. Həlledici məqam isə idmancıların əzmkarlığı, mübarizliyidir.Bu əzmkarlığı sərgiləyən Mini futbol üzrə milli komandamız 2022-ci ildə onlara göstərilən etimadı yüksək səviyyədə doğrulda bildi. Azərbaycan ərazilərinin suverenliyini tam bərpa etdikdən sonra işğaldan azad olunan torpaqlarımızda daidmanın obyektlərinin yaradılması istiqamətində işlər tam sürətlə davam etdirilir. Artıq Qarabağda da bir neçə beynəlxalq idman yarışı keçirilib. Dövlət başçısının uzaqgörən siyasətinin nəticəsidir ki, bugün Cıdır düzündə Qarabağ atları yarışır, Şuşada beynəlxaq şahmat, Suqovuşanda beynəlxalq avarcəkməyarışı keçirilir. Son olaraq Xankəndidə baş tutan Qarabağ-MOİK qarşılaşması isə təkcə futbol oyunu yox, həm də dünyaya ötürülən humanizm və diplomatiya mesajı idi. Separatçıların vaxtilə bura cəmlədiyi döyüş toplarına, Azərbaycan futbol topu ilə cavab verdi. Gənclərlə bağlı çoxsaylı dövlət proqramlarının həyata keçirilməsi, Gənclər Fondunun yaradılması, müxtəlif qurumlarda gənclərə rəhbər kimi yüksək etimad göstərilməsi də bu siyasətinbir parçasıdır. Çünki gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Həm ölkə rəhbərinin, həm də Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın hər bir gənc ailəyə xüsusi diqqət və qayğısı isə danılmazdır. Bugün Azərbaycan gənci dünyanın bütün ölkələrində vətənini layiqincə təmsil edir. İstər yerli, istərsə də beynəlxalq tədbirlərdə gənclərimiz yüksək nəticələr göstərir: Azərbaycan gənci ölkəsinə, xalqına, vətəninə, dövlətinin başçısına sadiqliyini 3 il əvvəl bir daha sübut etdi. 30 illik həsrətə, intizara, ağrı-acıya cəmi 44 günə son qoymaqla – canını, qanını torpağının hər qarışına qurban verərək. Ali baş Komandanın ətrafında sıx birləşib, onun əmrlərinə tabe olub, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi vətənin igid, mərd oğulları. Dünyaya səs salan gənclərimizin bu şücaəti – hər zaman dillərə dastan olacaq.

Müəllif: UNEC in Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının dosenti Məlahət Orucova 

Bugün TV

Oxşar xəbərlər

“Bir qərənfil ömrü” adlı Anım Günü keçirilib.

Şükufə Ramizqızı

Yük maşını ilə mikroavtobus toqquşdu: 1 ölü, 3 yaralı var

İntizar Əmirova

Çimərlikdə şok anlar yaşandı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu