24 C
Baku
10 Sentyabr 2025, 4:14
Baş xəbər

Prezident İlham Əliyev: “Azərbaycan Türkiyəyə humanitar yardımları bundan sonra da davam etdirəcək”

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır.

Bugun.tv  xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə söyləyib.

Dövlətimizin başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, bu faciədən çox kədərləndiyini bildirib.

Faciənin ilk günündən Azərbaycanın qardaş Türkiyənin yanında olduğunu qeyd edən Prezident İlham Əliyev deyib ki, zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmiz humanitar yardımları bundan sonra da davam etdirəcək.

Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

“İmmunlaşdırma üzrə İnformasiya Sistemlərinin qiymətləndirilməsi Missiyası”nın nümayəndə heyəti ilə görüş keçirilib

Aynur Camal

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Aynur Camal

Fransada ordu küçələrə axışıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu