19 C
Baku
28 İyun 2025, 7:20
Baş xəbər

Prezident İndoneziya Respublikasının milli bayramını təbrik etdi

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Coko Vidodoya

Hörmətli cənab Prezident,

İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Azərbaycan İndoneziya ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri bir sıra istiqamətlər üzrə əməkdaşlığımız üçün əlverişli imkanlar açmışdır. “ASAN xidmət” modelinin ölkənizdə uğurla tətbiqi və bu sahədə fəal əməkdaşlığımız məmnunluq doğurur.

İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq

Azərbaycan-İndoneziya əlaqələri, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə birgə fəaliyyətimiz, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost İndoneziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 avqust 2024-cü il

Mənbə:  Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Qaiser Nawab Pakistanın Bakıdakı səfirini ziyarət etdi

Aynur Camal

Leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 6 nəfər ölüb

Aynur Camal

Eyni çayı ikinci dəfə dəmləmək olarmı? Artıq məsələyə son qoymağın vaxtıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu