Baş xəbər

Prezident Kral Əlahəzrət III Çarlzı təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III ÇarlzaƏlahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.

Birləşmiş Krallıq ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz dövlətlərarası əlaqələrimizin bütün sahələrdə dərinləşməsinə, xüsusilə də strateji xarakter daşıyan çoxillik səmərəli enerji əməkdaşlığımızın daha da genişlənməsinə böyük önəm veririk. Bu ilin noyabrında Azərbaycanın COP29-a ev sahibliyi etməsi Birləşmiş Krallıq ilə iqlim fəaliyyəti və yaşıl enerjiyə keçid məsələlərində də birgə işin davam etdirilməsi üçün yaxşı imkanlar yaradır.

Əminəm ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında sağlam təməllər üzərində qurulmuş ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Əlahəzrət, belə bir əlamətdar gündə Sizə bir daha ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə, İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2024-cü il

Mənbə: Prezident.az

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyevin tapşırığına əsasən, FHN-nin yardımlarından ibarət daha iki təyyarəsi Türkiyəyə yola düşəcək

Nigar Məmmədova

Xi Trampa “qırmızı xətlər” haqqında xəbərdarlıq etdi

Aynur Camal

Qubada Polis Akademiyasına qəbulla bağlı növbəti görüş keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu