Siyasət

Prezident “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci məşvərət iclasında iştirak etdi

“Özbəkistana səfərə gələn Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında iştirak edir. Bu “Mərkəzi Asiya+Azərbaycan” formatında 7-ci Məşvərət Görüşünün iclasıdır.

Mərkəzi Asiya dünyanın sürətli inkişafa malik regionlarındadır. 2024-cü ildə Mərkəzi Aisya ölkələri 500 milyard dollardan çox birgə nominal ümumi daxili məhsula (ÜDM) malik olublar”- deyə deputat Vüqar Bayramov vurğulayıb.

Millət vəkili həmçinin qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya isə birgə 580 milyard dollarlıq iqtisadiyyata malikdirlər. Bu ilin sonunda Mərkəzi Asiya və Azərbaycanın birgə ÜDM-nin 700 milyard dollara yaxınlaşacağı gözlənilir.

Mərkəzi Asiya ümumi 6.2 faiz illik iqtisadi artım ilə dünya üzrə orta illik artımı 2 dəfə bənd üstəliyir. Son 8 ildə Mərkəzi Asiya dövlətləri arasındakı ticarət dövriyyəsi 5 dəfə yaxın artaraq 2.5 milyard dollardan 12 milyard dollaradək artıb. Son 25 ildə Mərkəzi Asiya dövlətlərinin ticarət dövriyyəsində isə 6 dəfə artım qeydə alınıb.

Qeyd olunan iqtisadi üstünlüklər ilə yanaşı, Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin son illər geo-siyasi mövqeyi də ciddi şəkildə güclənmişdir. Orta Dəhlizinin genişlənməsi, yaşıl enerji sahəsində reallaşan böyük potensial sözügedən region ölkələrinin mövqeyini daha gücləndirməkdədir. Böyük təbii ehtiyatlara malik olan Mərkəzi Asiya ölkələrinin qlobal və regional iqtisadiyyata gələcəkdə də daha yaxından töhvə verəcəyi gözlənilir.

Aynur Camal

Oxşar xəbərlər

“ABŞ-ın hazırkı marağı Xamenei sonrası mərhələdir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Ukraynanın müqaviməti Rusiyanı maksimalist şərtlərindən geri çəkilməyə məcbur edir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Gürcüstan və Rusiya Ermənistana təzyiq mexanizmlərini gücləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu