DünyaSosial

Prezident pensiya islahatları haqqında qanunu imzaladı

Fransa prezidenti Emmanuel Makron pensiya islahatları haqqında qanunu imzalayıb.

Bugun.tv xəbər verir ki, sənəd ölkənin rəsmi jurnalında dərc olunub.

“Sosial Təminat Məcəlləsinə bununla bağlı dəyişiklik olunub. Birinci abzasda “altmış iki” sözləri “altmış dörd” sözləri ilə əvəz edilib”, – sənəddə deyilir.

Fransanın pensiya yaşını 62-dən 64-ə qaldıran və bir neçə xüsusi pensiya rejimini ləğv edən pensiya islahatı layihəsi yanvarda təqdim edilib. Bu təşəbbüs ölkə boyu nümayişlərə və tətillərə səbəb olub. Martın 16-da baş nazir konstitusiya səlahiyyətlərindən istifadə edərək qanun layihəsinin Milli Assambleyada səsvermə olmadan qəbul ediləcəyini elan etdi və bu, yeni etiraz gətirib çıxardı.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

ABŞ Konqresində İran zərbələri ilə bağlı səlahiyyət mübahisəsi dərinləşir

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ İranda kürd silahlı qruplarından istifadə etməyə çalışır

Aynur Camal

Zaxarova Zelenskinin seçkilərdən imtinasını şərh edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu