Baş xəbər

Prezident Qətər Dövlətinin Əmirini təbrik etdi

Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə

Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan-Qətər dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2024-cü il

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Türk dünyasının birliyinə və həmrəyliyinə həsr olunan Naxçıvan müqaviləsinin imzalanmasının 13-cü ildönümüdür

Aynur Camal

“ƏN TEZ” xidməti istifadəyə verildi

Aynur Camal

London: “Biz həmişə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu