17 C
Baku
14 Oktyabr 2025, 6:14
İdman

Prezident “Qarabağ”ı təbrik etdi

Prezident İlham Əliyev “Qarabağ”ı Çempionlar Liqasının əsas mərhələsində qazandığı ilk qələbə münasibətilə təbrik edib.

“Qitənin ən nüfuzlu klub turnirində – Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanması münasibətilə Ağdamın “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm. Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir.

Bu barədə məlumatı CBCsport öz sosial media hesabında paylaşıb.

“Qarabağ”ın Avropanın köklü klublarından biri olan “Benfika” ilə səfər matçında oyunun gedişində möhtəşəm geridönüş edərək parlaq qələbə çalması onun məğlubedilməz ruhunu, mübarizə əzmini göstərir. Bu qələbə ilə doğma komandamız Azərbaycan xalqına böyük sevinc bəxş etmişdir. Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur.

Komandamıza Çempionlar Liqasının növbəti oyunlarında uğurlar və yeni-yeni zəfərlər arzu edirəm”.

Aynur Camal

Oxşar xəbərlər

Xəzərdə avarçəkmə ənənəsi bərpa edilir

Nigar Məmmədova

Türkiyə kubokunun tarixləri açıqlandı

Bugün TV

Gənc idmançımız qızıl medal qazandı – FOTOLAR

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu