22 C
Baku
3 İyun 2025, 12:36
Dünya

Prezident seçkiləri kampaniyasına başlayan Kamala Harrisin “Biz seçkilərdə qalib gələcəyik” vurğusu

ABŞ prezidenti Co Baydenin yarışdan çəkilməsindən sonra Demokratların namizədi olmuş vitse-prezident Kamala Harris ilk seçki kampaniyası mitinqində noyabrın 5-də keçiriləcək seçkiləri qazanacağına söz verib.

Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, Harris Viskonsin ştatında keçirdiyi ilk seçki mitinqində demokratlara bir çox mövzuda ümid verdi.

Baydenə ona güvəndiyi və namizəd kimi irəli sürdüyü üçün təşəkkür edən Harris, onun bu etimada xəyanət etməyəcəyini və Trampı məğlub edərək prezident seçkilərində qalib gələcəyini müdafiə etdi.

Viskonsinin prezident seçkilərində kritik əyalətlərdən biri olduğunu xatırladan Harris, Respublikaçı rəqibi Donald Trampı əvvəlcə Viskonsin, sonra isə digər ştatlarda məğlub edəcəklərinə inandığını bildirib.

İqtisadiyyatdan sosial sahələrə qədər bir çox mövzuda Demokratik prinsipləri müdafiə etməyə davam edəcəklərini vurğulayan Harris, “Mübarizəmiz gələcək, mübarizəmiz azadlıqdır. Donald Tramp ölkəmizi geri almaq istəyir” deyə Harris bildirib.

Amerika dəyərləri uğrunda Trampla mübarizə aparmağa hazır olduğunu bildirən Harris, bütün demokratları bir dam altında toplamalı olduğunun fərqində olduğunu və bunun üçün hər şeyi edəcəyini qeyd edib.

Demokrat Partiyasının prezidentliyə namizədliyini qazanmaq üçün lazım olan nümayəndə sayına çatdığını ifadə edən Harris, partiya bazasına və seçicilərə təşəkkür edib.

Bazar günü, iyulun 21-də X hesabında verdiyi açıqlamada ABŞ prezidenti Bayden prezidentlik yarışından çəkildiyini və vitse-prezident Kamala Harrisin onun yerinə keçməsini tövsiyə etdiyini açıqlayıb.

Demokratik nümayəndə heyətinin yarıdan çoxunun dəstəyini qısa zamanda qazanan Harris bununla da partiyanın prezidentliyə namizədliyi üçün tələb olunan nümayəndə sayına çatıb.

Demokratlar Partiyasının prezidentliyə namizədi avqustun 19-22-də Çikaqoda keçiriləcək partiya qurultayında rəsmən müəyyənləşəcək.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Donetskdə Staromayorske qəsəbəsini ələ keçirdik

Şükufə Ramizqızı

Ankara sammitində Ukrayna protesti davaya səbəb oldu!

Aynur Camal

Sionist rejim gecə saatlarında Qəzzəyə hücum etdi: Ən azı 14 şəhid

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu