7 C
Baku
18 Fevral 2026, 2:06
Baş xəbər

Prezident Si Cinpinə məktub ünvanlayıb

Bahar bayramı, Çuntsze bayramı, Azərbaycan-Çin münasibətləri, strateji tərəfdaşlıq, Prezident məktubu

Bugun.tv – xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə Bahar bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyev məktubunda Si Cinpini və Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə ürəkdən təbrik etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, sülh və harmoniyanın rəmzi sayılan bu qədim bayram yeniliyin, ümidin və birlik ruhunun təcəssümüdür.

Məktubda Çin təqvimi ilə yeni ilin gəlişini simvolizə edən Çuntsze bayramının Çin xalqına firavanlıq və ruzi-bərəkət gətirməsi arzulanıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Çin arasında möhkəm təməllər üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsindən məmnunluq ifadə edib. O vurğulayıb ki, siyasi dialoqun intensivliyi və qarşılıqlı anlaşma bu münasibətlərin daha da inkişafına imkan yaradır.

Dövlət başçısı əminliyini bildirib ki, Azərbaycan-Çin dostluğu və əməkdaşlığı gələcəkdə də genişlənəcək və strateji tərəfdaşlıq daha da güclənəcək.

Mənbə: president.az

Aynur Camal

Oxşar xəbərlər

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Tramp Zelenskini Rusiyaya güzəştə getməyə məcbur edir

Aynur Camal

Prezident İlham Əliyev: Rusiya Kiyevdəki Azərbaycan səfirliyinə ‘qəsdən hücum edib’

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu