Baş xəbər

Prezident “Yüksəliş-2026” müsabiqəsinin keçirilməsini təsdiqlədi

Bugun.tv– xəbər verir ki, Prezident İlham Əliyev 2026-cı ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Beş il ərzində təşkil olunan müsabiqəyə 70 minə yaxın müraciət daxil olub, 116 qalib müəyyən edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən layihə Azərbaycanın idarəetmə potensialının aşkar edilməsi və inkişafında mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir. Müsabiqənin qalibləri Mentorluq Proqramı çərçivəsində dövlət və özəl sektorun rəhbərləri ilə birbaşa işləmək imkanı əldə edirlər.

“Yüksəliş” ekosisteminə daxil olan Kadr Bankı yüksək hazırlıqlı kadrların seçilməsi və strateji layihələrə cəlb olunmasında xüsusi rol oynayır.

Bu sistem yalnız məlumat bazası deyil, həm də ölkədə dayanıqlı liderlik mühitinin formalaşmasına xidmət edən mexanizmdir. Layihə gənclərin inkişaf motivasiyasını gücləndirməklə yanaşı, meritokratiya prinsiplərinə əsaslanan yeni idarəçi nəslinin yetişdirilməsinə şərait yaradır. Tələbə Mentorluq Proqramının davamlılığı da bu siyasətin gənclərlə işdə effektivliyini göstərir.

İnsan kapitalı uğrunda qlobal rəqabətin artdığı bir dövrdə “Yüksəliş” Azərbaycan üçün strateji əhəmiyyət daşıyan platformaya çevrilib.

Seçim mexanizmi, Kadr Bankı və mentorluq proqramları sayəsində bir çox peşəkarlar karyera perspektivlərini ölkə daxilində görməyə başlayıblar. Bu ekosistem artıq təhsil texnologiyaları, dövlət idarəçiliyi, İT və digər sahələrdə öz təsirini göstərərək innovasiya və idarəetmə mədəniyyətinin inkişafına mühüm töhfə verir.

Aynur Camal

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu