Bugun.tv xəbər verir ki, Rusiyadakı böhrandan sonra Prezident Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Rusiyanın muzdlu “Vaqner” qrupu ilə Kreml arasında uzun müddət davam edən gərginlik Moskvaya da sirayət edib. Vaqnerin lideri Yevgeni Priqojin qoşunlarını Ukraynadan çıxararaq Rusiyaya doğru irəliləyir. Dünyanın gözü Rusiyadadır. Vaqner artıq Rostov şəhərini də mühasirəyə alıb.
Prezident Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında baş verən hadisələri qiymətləndirmək üçün telefon danışığı olub.
Vladimir Putin prezident Ərdoğana ölkədə baş verən son hadisələrlə bağlı məlumat verib. Kremlin məlumata görə, prezident Ərdoğan Rusiya lideri Vladimir Putinin addımlarını tam dəstəklədiyini bildirib.
Mənbə: Ensonhaber
