4 C
Baku
23 Dekabr 2025, 6:48
Baş xəbərİdman

Prezidentin doğum gününə həsr olunmuş 2-ci MMA turniri keçirildi

Arpaçay İdman Birliyi və Zeyd Döyüş Mərkəzi tərəfindən təşkil edilən Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş 2-ci MMA turniri keçirilib.

Bugun.tv xəbər verir ki, bu barədə məlumatı deputat Vüqar İsgəndərli öz sosial media hesabında paylaşıb.

Deputatın verdiyi paylaşımda bildirilib ki, turnirdə idmançılar arasında maraqlı və gərgin döyüşlər baş tutub, izləyicilər isə möhtəşəm idman nümayişini maraqla izləyiblər.

Tədbirdə deputat Vüqar İsgəndərlə yanaşı Milli Məclisin deputatı Fazil Mustafa və MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov də iştirak ediblər və idmanın gənclər arasında inkişafının vacibliyini vurğulayıblar.

Vüqar İsgəndərov çıxışı zamanı, belə yarışların gənclərin idmana marağını artırmaq, həmçinin döyüş sənətini təşviq etmək baxımından əhəmiyyətini vurğulayıb. Turnir həmçinin idmançılar üçün təcrübə mübadiləsi və bacarıqlarını nümayiş etdirmək üçün əla platforma olub.

Turnir gələcəkdə də davam edəcək və daha geniş iştirakçı sayı ilə ölkədə MMA idmanını daha da inkişaf etdirməyə xidmət edəcək, deyə Vüqar İsgəndərli bildirib.

 

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın şimal-qərbini vuran “bomba siklonu” Vaşinqtonda 600 min insanı işıqsız qoyub

Aynur Camal

Ümummilli Liderin 100 illik yubileyi münasibətilə şahmat yarışı keçirilib

Aynur Camal

Şahzadə Yuriko vəfat etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu