Arpaçay İdman Birliyi və Zeyd Döyüş Mərkəzi tərəfindən təşkil edilən Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş 2-ci MMA turniri keçirilib.
Bugun.tv xəbər verir ki, bu barədə məlumatı deputat Vüqar İsgəndərli öz sosial media hesabında paylaşıb.

Deputatın verdiyi paylaşımda bildirilib ki, turnirdə idmançılar arasında maraqlı və gərgin döyüşlər baş tutub, izləyicilər isə möhtəşəm idman nümayişini maraqla izləyiblər.
Tədbirdə deputat Vüqar İsgəndərlə yanaşı Milli Məclisin deputatı Fazil Mustafa və MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov də iştirak ediblər və idmanın gənclər arasında inkişafının vacibliyini vurğulayıblar.

Vüqar İsgəndərov çıxışı zamanı, belə yarışların gənclərin idmana marağını artırmaq, həmçinin döyüş sənətini təşviq etmək baxımından əhəmiyyətini vurğulayıb. Turnir həmçinin idmançılar üçün təcrübə mübadiləsi və bacarıqlarını nümayiş etdirmək üçün əla platforma olub.
Turnir gələcəkdə də davam edəcək və daha geniş iştirakçı sayı ilə ölkədə MMA idmanını daha da inkişaf etdirməyə xidmət edəcək, deyə Vüqar İsgəndərli bildirib.



