16 C
Baku
16 Noyabr 2025, 5:04
Baş xəbərDünya

Prezidentin evinə basqın edildi

Koronavirus epidemiyası zamanı vaksin əleyhinə ritorikası ilə tanınan Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun evinə basqın edilib.

Bugun.tv xəbər verir ki, bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.

Braziliya polisi 2021-2022-ci illər arasında ölkənin koronavirus məlumat bazasına saxta peyvənd məlumatları əlavə etməkdə şübhəli bilinən qrupla bağlı araşdırmaya başlayıb. Siyahıda 20-yə yaxın şübhəlinin olduğu deyilsə də, onların adları açıqlanmayıb.

Bolsonaronun müşavirlərindən birinin istintaq çərçivəsində saxlanıldığı haqda məlumat yayılıb.

Qeyd edək ki, Braziliyada konqresə basqını “təhrik etdiyi” üçün istintaqa cəlb  edilən Bolsonaro 30 dekabr 2022-ci ildə getdiyi ABŞ-dan martın 30-da ölkəsinə qayıdıb.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

NASA paylaşdı: Oktyabr ayında baş verəcək səma hadisələri

Aynur Camal

Lerik rayonunun Kirəvud kəndində vətəndaş qəbulu keçirildi

Aynur Camal

Evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs tutuldu 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu