15 C
Baku
12 Oktyabr 2025, 3:49
Baş xəbər

Prezidentin Yevlax və Gəncəyə səfəri

Bugun.tv-xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Açılış zamanı Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, tikintisinə 2024-cü ildə başlanılan kompleksin ərazisi 5,8 hektardır. Burada açıq havada idman meydançaları, stadion, 1100 tamaşaçı yerlik universal idman, güləş, cüdo, bədii gimnastika, boks, kikboksinq, taekvondo, karate, fitnes və trenajor zalları, üzgüçülük hovuzu yaradılıb. Bunlardan başqa, kompleksdə iclas zalı, kafe, hakim, məşqçilər, həkim, şərhçilər üçün otaqlar, restoran, 42 yerlik mehmanxana binası da fəaliyyət göstərəcək.

Azərbaycanın ev sahibliyi etdiyi Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Son illərdə idman sahəsində görülmüş məqsədyönlü işlər nəticəsində Azərbaycan beynəlxalq yarışların keçirildiyi əsas mərkəzlərdən birinə çevrilib. Müxtəlif idman yarışları üzrə Dünya və Avropa çempionatları, həmçinin Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi mötəbər tədbirlərin uğurla təşkili Azərbaycanın bu sahədə yüksək təşkilatçılıq bacarığını nümayiş etdirib. Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunlarının Azərbaycanda keçirilməsi də ölkəmizə beynəlxalq idman ictimaiyyəti tərəfindən olan etimadın təzahürüdür.

Şübhəsiz ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınması, mötəbər idman tədbirlərinin keçirilməsi üçün ölkəmizin seçilməsi həm də paytaxt Bakı ilə yanaşı, regionlarımızda müasir idman infrastrukturunun yaradılması ilə də bağlıdır.

Mənbə: Prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Prezident məhkəmə tələb etdi

Aynur Camal

Tapança satmaqda şübhəli bilinən şəxs saxlanıldı

Kəmalə Sultan

“Qarabağ” klubunun məşq zamanı halı pisləşən oyunçusundan xəbər var-YENİLƏNİB

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu