17 C
Baku
18 Oktyabr 2024, 9:31
Baş xəbər

Prezidentliyə namizəd Fazil Mustafa səs verdi

Bugun.tv xəbər verir ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa növbədənkənar prezident seçkilərində səs verib.

“Report” xəbər verir ki, F.Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Seçki məntəqəsində siyahıda 1 443 seçicinin adı var. 8 nəfər qeydiyyatdan çıxma ilə müraciət edib. İndiyədək 200-dən çox seçici səs verib.

Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Bugün TV

Oxşar xəbərlər

Ötən gün ərzində baş verən cinayətlərin xülasəsi

Aynur Camal

 “İsrail həbsxanaları fələstinli məhbuslar üçün kütləvi məzarlığa çevrilib”

Aynur Camal

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin qarşında aksiya keçirdilər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu