8 C
Baku
21 Dekabr 2025, 21:19
Baş xəbərDünya

“Prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılış mərasimi baş tutdu

Bu gün ADA Universitetində “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin açılış mərasimi baş tutub.

Bugun.tv-yə daxil olan məlumata əsasən, açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.

Çıxışlar zamanı Azərbaycan xarici siyasətinin bir sıra istiqamətləri, o cümlədən iqtisadiyyat, təhlükəsizlik, enerji, mədəniyyət, kommunikasiya sahələri üzrə görülmüş işlər və gələcək planlardan bəhs olunub, ölkəmizin yerləşdiyi bölgədə mövcud vəziyyət, habelə beynəlxalq təhlükəsizlik vəziyyəti təhlil olunub.

İkitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərindən bəhs olunan açılış mərasimində xarici siyasətimizin yeni istiqamətləri, ölkəmizin vasitəçilik, iqlim diplomatiyası səyləri və bu istiqamətdə gələcək planlar müzakirə olunub.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs olunub, sülh prosesini hədələyən mövcud çağırışlar, o cümlədən ölkəmizə qarşı Ermənistan konstitusiyasında əks olunmuş ərazi iddialarının aradan qaldırılmasının vacibliyi qeyd edilib.

7-9 iyul tarixlərində davam edəcək müşavirə çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatiya, iqtisadi, iqlim, enerji diplomatiyası, bağlantılar, məhkəmə prosesləri, humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım, xarici siyasətin kommunikasiyası, parlament diplomatiyası, beynəlxalq müqavilələr, diaspor fəaliyyəti, habelə diplomatik xidmət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına həsr olunan panel sessiyalarının təşkili nəzərdə tutulur.

9 iyul – Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə müşavirə öz işini Xankəndi şəhərində keçiriləcək xüsusi sessiya ilə davam etdirəcək.

Aynur Camal

Oxşar xəbərlər

“Magen David” Xeyriyyə Cəmiyyəti Heydər Əliyevlə bağlı tədbir keçirdi

Aynur Camal

Qəzzada atəşkəs üçün son şans! Danışıqlar İsrail üçün qalxan ola bilər

Aynur Camal

Bakıda Azərbaycan-İran biznes forumu keçirildi – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu