14 C
Baku
16 Noyabr 2025, 1:16
Baş xəbərHadisə

“Prius”la avtoxuliqanlıq edən iki taksi sürücüsü saxlanıldı

Dünən Bakıda “Toyota Prius” markalı avtomobillərlə avtoxuliqanlıq edən iki taksi sürücüsü saxlanılıb.

Bugun.tv-yə daxil olan məlumata əsasən, hadisə Səbail rayonu ərazisində baş verib. Səbail Rayon DYP Şöbəsinin əməkdaşları ərazidə təhlükəli manevrlər edən iki taksi avtomobilini müəyyən edərək onları saxlayıblar.

“Toyota Prius” markalı, 99-PB-280 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Ziya Hacıyev, 77-CY-310 dövlət nömrə nişanlı avtomobili idarə edən Ramin İsrayılov barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilib. Eyni zamanda, onların sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Aynur Camal

Oxşar xəbərlər

Fillər və zebraların əti paylanılır

Aynur Camal

Rusiya bu ölkə vətəndaşlarının girişinə qadağa qoydu

Elnarə Dərziyeva

Co Bayden Almaniya kansleri Olaf Scholz ilə görüşdü: Başlıq Ukrayna

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu