16 C
Baku
28 Oktyabr 2025, 1:06
Baş xəbər

“Proaktiv xidmət mexanizmi” layihəsi mükafata layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Sinqapurun “Gazet International Global Magazine” jurnalının təşkil etdiyi müsabiqədə “Proaktiv xidmət mexanizmi” layihəsi ilə iştirak edib.

Layihə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və müsabiqənin “2024-cü il üzrə Azərbaycanın ən yaxşı ödəniş mexanizmi” mükafatına layiq görülüb.

Sözügedən müsabiqədə müxtəlif ölkələrdən 300-dək nüfuzlu qurum iştirak edib.

“Gazet International Global Magazine” jurnalının əsas missiyası oxucuları sürətlə inkişaf edən qlobal mənzərəni idarə etmək üçün lazım olan biliklərlə təmin etməkdir.

Həmçinin Bugun.tv-yə daxil olan məlumata əsasən, qurum beynəlxalq arenada öz innovasiyaları, xüsusi nailiyyətləri və strategiyaları ilə fərqlənən qurumları təltif etmək üçün illik əsasda müsabiqələr təşkil edir.

Mənbə: Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

YENİ GEOSİYASİ REALLIĞIN QƏBULU AZƏRBAYCAN HESABLAŞILAN GÜCƏ ÇEVRİLİR

Aynur Camal

Əlilliyi olan qadınlar və qızlarla davranış qaydalarına dair təlim təşkil olunub

Elnarə Dərziyeva

Biz Ukrayna ordusuna qarşı cəbhələrdə dərin və mərhələli müdafiə xətti yaratdıq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu