27 C
Baku
27 İyun 2025, 18:39
Baş xəbər

“Proaktiv xidmət mexanizmi” layihəsi mükafata layiq görüldü

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Sinqapurun “Gazet International Global Magazine” jurnalının təşkil etdiyi müsabiqədə “Proaktiv xidmət mexanizmi” layihəsi ilə iştirak edib.

Layihə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və müsabiqənin “2024-cü il üzrə Azərbaycanın ən yaxşı ödəniş mexanizmi” mükafatına layiq görülüb.

Sözügedən müsabiqədə müxtəlif ölkələrdən 300-dək nüfuzlu qurum iştirak edib.

“Gazet International Global Magazine” jurnalının əsas missiyası oxucuları sürətlə inkişaf edən qlobal mənzərəni idarə etmək üçün lazım olan biliklərlə təmin etməkdir.

Həmçinin Bugun.tv-yə daxil olan məlumata əsasən, qurum beynəlxalq arenada öz innovasiyaları, xüsusi nailiyyətləri və strategiyaları ilə fərqlənən qurumları təltif etmək üçün illik əsasda müsabiqələr təşkil edir.

Mənbə: Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Alimlər beynin inkişafının sirrini tapdılar

Aynur Camal

Silahlı hücum: 2 yaralı var

Aynur Camal

Azərbaycan XİN nin Ermənistan riyakarlığına cavabı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu