10 C
Baku
22 Dekabr 2025, 13:59
Siyasət

Professor Mahirə Hüseynova ermənilərə cavab verdi – FOTO

M.Hüseynova: Ermənilərin təşvişinə heç bir əsas yoxdur bizim mərkəz elmi mərkəzdir burada silah yox elmi informasiyalar və araşdırmalar istehsal olunur

Bədnam azərbaycanofob jurnalist, Amerika Erməni Milli Komitəsinin muzdlusu Lindzi Snell və ona istinadən Ermənistan mətbuatı ADPU-nin Beynəlxalq əlaqələr üzrə prorektorluğu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti barəsində həqiqətə uyğun olmayan məlumat yayıb.

Bugun.tv xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova məlumat verib.

O, bildirib ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektorlugu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti Ermənistanda təşvis doğurur davamlı olaraq bizim fəaliyyətimiz barədə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Guya bizim Mərkəzdə saxta xəritə düzəldilib və erməni toponimləri dəyişdirilib. Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları ərazisində yaradılması tarixşünaslıq tərəfindən öz təsdiqini tapmış faktdır.

Ancaq ermənilərin təşvişinə heç bir əsas yoxdur bizim mərkəz elmi mərkəzdir burada silah yox elmi informasiyalar və araşdırmalar istehsal olunur.

Biz dinc və ləyaqətli formada öz yurdumuza qayıtmaq istəyirik bizi bu yolda heç kim döndərə bilməz.

Həqiqətə uyğun olmayan məlumat: LİNK

Aynur Camal

Oxşar xəbərlər

Nigeriya vətəndaşlarını Sudandan təxliyə edəcək

Bugün TV

Sergey Şoyqu belaruslu həmkarı ilə görüşəcək

Bugün TV

İsrail bir milyondan çox Qəzzanı cənuba itələmək üçün su qıtlığından istifadə edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu