10 C
Baku
12 Aprel 2026, 21:27
Baş xəbərSosial

“Psixoloq, Pedaqoq və Təhsil İşçilərinin Təkmilləşdirilməsi Forumu” keçirilib

Bugun.tv– xəbər verir ki, Sabunçu Gənclər Evində Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin, Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) və Ahəng Psixoloji İnkişaf və Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Psixoloq, Pedaqoq və Təhsil İşçilərinin Təkmilləşdirilməsi Forumu”nda keçirilib.

Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial media hesabında paylaşım edib.

Millət vəkili qeyd edib ki, dorum çərçivəsində müasir təhsil mühitində pedaqoji yanaşmalar, müəllimlərin peşə bacarıqları və psixoloji dəstək mexanizmlərinin əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb.

Ceyhun Məmmədov çıxışı zamanı təhsil işçilərinin davamlı inkişafının vacibliyini, innovativ tədris metodlarının əhəmiyyətini və şagird–müəllim münasibətlərinin keyfiyyətinə təsir edən əsas məqamları vurğulayıb.

Eyni zamanda tədbir zamanı dəyərli ekspert görüşləri, faydalı fikir mübadiləsi, praktiki təcrübələr və peşəkar əlaqələr üçün geniş imkanlar təqdim olunub.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu