27 C
Baku
29 İyul 2025, 1:40
Baş xəbərDünya

PSJ-dən daha bir ulduz ayrıldı

Bugun.tv xəbər verir ki, Paris Sen-Jermen —( Fransanın Paris şəhərini təmsil edən futbol klubu) Serxio Ramosla yollarını ayırıb.
Lionel Messinin Fransa nəhəngi PSJ-dən ayrılmasından sonra daha bir ulduz Serxio Ramosun ayrılacağı rəsmən açıqlanıb.

PSJ-də hadisələrlə dolu yay gözlənilirdi. Lionel Messinin komandadan ayrılması dəqiqləşdikdən sonra daha bir ayrılıq baş verir. Fransa nəhəngi rəsmi açıqlamada Serxio Ramosun komandadan ayrılacağını açıqlayıb.

Müqaviləsi 2021-ci ildə başa çatan “Real Madrid”dən transfer olunan ispan ulduzun PSJ ilə müqaviləsi 30 iyun 2023-cü ildə başa çatacaq.

Elan edilən ayrılıq ilə bağlı açıqlama verən Serxio Ramos, “Son iki ildə bu formanı geyinmək gözəl təcrübə oldu. Parisdə unudulmaz bir macəra yaşadım və dəstəyiniz və sevginiz üçün hamınıza təşəkkür etmək istəyirəm” deyib.

PSJ-nin prezidenti Nasser Al-Xelaifi, gedişdən sonra dedi: “Mən Serxio Ramosa bizimlə keçirdiyi iki il üçün sonsuz minnətdarlığımızı bildirmək istəyirəm. Serxionun liderliyi, komanda ruhu və peşəkarlığı onun ən yüksək səviyyədə təcrübəsi ilə birləşir. o, əsl futbol əfsanəsidir. “Onu Parisdə görmək mənim üçün şərəf idi. Klubdakı hər kəs adından ona ən yaxşısını arzulayıram”.

Mənbə: Fanatik.Com

Aynur Camal

Oxşar xəbərlər

Polşa Prezidentinin Aİ-nin təxribat missiyasının “binokl şousu”nda iştirakı təəssüf doğurur – Bəhruz Məhərrəmov

Aynur Camal

Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib – VİDEO

Aynur Camal

Qocalar evində yanğın baş verdi!

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu