24 C
Baku
11 Sentyabr 2025, 3:37
Baş xəbər

Puşilin: “Zelenskinin Krımı ələ keçirməyə hazırlaşması ilə bağlı açıqlaması piardır”

Volodimir Zelenski fevralın 24-də keçirdiyi mətbuat konfransında deyib ki, Kiyev Krımı ələ keçirmək üçün hərbi addımlar atmağa hazırlaşır.

Donetsk Xalq Respublikasının müvəqqəti rəhbəri Denis Puşilin bazar ertəsi Ukrayna prezidentinin Kiyevin Krımı ələ keçirmək üçün hərbi səylər hazırlaması ilə bağlı açıqlamasının piardan başqa bir şey olmadığını bildirib.

“Bu, daha çox PR-a, Ukrayna silahlı birləşmələrinin əhval-ruhiyyəsini yüksəltmək cəhdinə bənzəyir. Ola bilsin, sözügedən bəyanat cəmiyyətin radikal hissəsi üçün nəzərdə tutulub. Çətin ki, hər hansı real hərəkətlərlə nəticələnsin”.

Bugun.tv xəbər verir ki, bu sözləri Denis Puşilin “Rossiya-24” televiziyasında bildirib.

O, Kiyevin belə bir şeyə nail ola bilməyəcəyini söyləyib.

“Onların hansısa məqsədləri, yolları müəyyən etməyə çalışmaları reklamdan başqa bir şey deyil. Mən bunu belə görürəm”, – Puşilin deyib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Fransada türk dərnəyinə hücum oldu

İntizar Əmirova

Aprelin 1-dən müharibə veteranları və şəhid ailələri üçün 9109 “Çağrı Mərkəzi” istifadəyə verilir

Aynur Camal

Təhlükəli qarşılaşma! S-400 Fransa təyyarəsini hədəfə aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu