Bugun.tv xəbər verir ki, Filippinin paytaxtı Manilada Mayon vulkanının püskürməsi ilə bağlı sakinlər təxliyə edilib.Xilasetmə qrupları ilə yanaşı, polis və əsgərlər də təxliyyə işlərinə dəstək verib.Ərazidən neçə nəfərin təxliyə edildiyi barədə məlumat verilməyib.
TRT Haberin məlumatına görə, Ölkənin ən aktiv vulkanı olan Mayonu əhatə edən 6 kilometr genişlikdəki ərazi qadağan zona olsa da, filippinli kəndlilər burada məskunlaşmağa və əkinçiliklə məşğul olmağa davam edirlər.
Filippin Sakit okeanda zəlzələlərin və vulkan püskürmələrinin intensiv olduğu “Yanğın kəməri” adlanan qırılma xəttində yerləşir.
Mayon vulkanının 2018-ci ildə püskürməsi on minlərlə insanın evlərini tərk etməsinə səbəb olub.
Müxbir: Şəms Elnurqızı