25 C
Baku
20 İyul 2025, 7:45
Baş xəbərDünya

Putin: “Əgər bütün şərtlər yerinə yetirilərsə, dərhal razılaşmaya qayıdacayıq”

Bugun.tv xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, taxıl müqaviləsinin indiki formada davam etdirilməsinin Rusiya üçün mənasız olduğunu söyləyib., “Əgər əvvəllər razılaşdığımız bütün şərtlər yerinə yetirilərsə, dərhal bu razılaşmaya qayıdacayıq”, – o, vurğulayıb.

Putin paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşdə Qara dəniz taxıl dəhlizi sazişini dəyərləndirib. Rusiyanın Qərb ölkələrinin “qürurlu” yanaşmasına baxmayaraq, müqaviləni dəfələrlə uzatdığını ifadə edən Putin, “Xarici həmkarlarımızın razılaşdırılmış və təsdiq edilmiş şərtlərə tam əməl etməyə başlayacağını gözləyirdik, lakin bu baş vermədi”, – deyə bildirib.

Müqavilənin ləğv edilməsində Qərb ölkələrinin məsuliyyət daşıdığını deyən Putin, “Bu razılaşmanın uğursuzluğuna görə Rusiyanın məsuliyyət daşıdığı iddia edilir. Üstəlik, Afrikanın bəzi ölkələrində bir zamanlar qarət edilən fəlakətlərə görə də Rusiya məsuliyyət daşıyır. Qərb və müharibələr, aclıq və yoxsulluq uçurumuna itələdi. Onlar neokolonial sistem çərçivəsində bu dövlətləri talan etməyə davam edirlər”, – o söyləyib.

Putin taxıl müqaviləsinin başlanğıcda humanitar əhəmiyyət daşıdığını, lakin Qərb ölkələrinin bu elementi tamamilə məhv etdiyini bildirib.

Mənbə: TRT Haber

Teymur Əziz

Oxşar xəbərlər

Rusiya ABŞ-ın raket qərarına etiraz etdi

Şükufə Ramizqızı

Maaşa əlavələri necə almaq olar?

Nigar Məmmədova

Aİ vətəndaşlarına 72 saatlıq ləvazimat ehtiyatı toplamağa çağırış

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu