24 C
Baku
12 Oktyabr 2025, 14:57
Dünya

Putin ABŞ-a Tomaqavk raketləri ilə bağlı xəbərdarlıq etdi

Rusiya prezidenti Vladimir Putin xəbərdarlıq edib ki, ABŞ Ukraynaya uzaqmənzilli “Tomaqavk” raketləri verərsə, Moskva ilə Vaşinqton arasında münasibətlər ciddi şəkildə gərginləşəcək.

Rusiyanın Ukrayna ilə davam edən müharibəsi fonunda ABŞ ilə münasibətlər yenidən getdikcə gərginləşib. Putin, “Bu addım əlaqələrimizin dağılmasına və son zamanlar ortaya çıxan müsbət tendensiyaların pozulmasına səbəb olacaq” deyib.

Putin bildirib ki, ABŞ-ın potensial raket ötürülməsi döyüş meydanında qüvvələr balansını dəyişməyəcək, əksinə “gərginliyi artıracaq və tərəflər arasında etimadı sarsıdacaq”.

Rusiya lideri, hadisələrin təkcə Moskvadan asılı olmadığını da vurğulayaraq, “Bu vəziyyətin gedişatı təkcə bizdən və ya məndən asılı deyil” deyib.

Ağ Evin bəyanatlarından sonra Kremlin sözçüsü Dmitri Peskov Moskvanın potensial raket ötürülməsinə “lazımi cavab” verəcəyini bildirib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

“Biz soyuq müharibə düşüncəsinə qarşı çıxmalıyıq və qarşıdurmanı əngəlləməliyik”

Nigar Məmmədova

ABŞ Mərkəzi Komandanlığı Yəmənə növbəti zərbə endirdiyini bildirdi

Bugün TV

Kim Çen In əsgərlərə müharibəyə hazırlaşmağı əmr edir

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu