20 C
Baku
21 Sentyabr 2024, 5:15
Baş xəbərDünya

Putin açıq şəkildə Qərbi hədələdi: “Ukraynaya icazə versəniz mənlə müharibə etməli olacaqsız”

 Rusiya lideri Putin Ukraynaya Rusiya ərazisinə hücum etməyə icazə verənləri açıq şəkildə qorxudub.

Putin vurğulayıb ki, Rusiya ərazisinə yüksək dəqiqlikli uzaqmənzilli silahlarla hücuma icazə verilməsi “NATO ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakı” demək olacaq.

Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumundan sonra dövlət televiziyasında gündəmlə bağlı açıqlamalar verib. Putin Qərbdən Ukraynaya göndərilən uzaqmənzilli raketlərin ABŞ və İngiltərədə gündəmə gətirilən Rusiya ərazisinə qarşı hücumlarda istifadəsinə icazə verilməsi məsələsini dəyərləndirib. “Burada gördüyümüz şey anlayışları dəyişdirmək cəhdidir” Putin deyib. Çünki burada söhbət Kiyev rejiminə Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək icazəsinin verilib-verilməməsindən getmir. Ukrayna artıq bunu dronlardan və digər vasitələrdən istifadə etməklə həyata keçirir. Lakin Qərb istehsalı olan “yüksək dəqiqlikli uzaqmənzilli silahların” istifadəsi tamam başqa məsələdir. Məsələ burasındadır ki, Ukrayna ordusunun Qərbin təqdim etdiyi ən müasir yüksək dəqiqlikli uzaq mənzilli sistemlərdən istifadə etmək imkanı yoxdur. Onlar bunu edə bilməzlər. Ukraynanın sahib olmadığı peyklərin kəşfiyyat məlumatları olmadan bu silahlardan istifadə etmək mümkün deyil. Bu, yalnız Avropa İttifaqının və ya ABŞ-ın peyklərindən (ümumiyyətlə NATO peykləri) istifadə etməklə edilə bilər. Bu, birinci məqamdır” deyə vurğulayıb.

Putin, “İkinci və əsas məqam odur ki, bu raket sistemlərini yalnız NATO hərbi personalı idarə edə bilər. Ukrayna əsgərləri bunu edə bilməz. Ona görə də söhbət Ukrayna rejiminin Rusiyanı bu silahlarla vurmasına icazə verib-verməməkdən getmir. Söhbət NATO ölkələrinin hərbi münaqişəyə birbaşa cəlb edilib-edilməməsi barədə qərar verməsindən gedir. Bu qərar qəbul edilərsə, bu, müharibədə birbaşa iştirakdan başqa heç nə demək olmayacaq. Bu o demək olardı ki, NATO ölkələri, ABŞ və Avropa ölkələri Ukraynadakı müharibənin tərəfləridir. Bu, onların birbaşa münaqişəyə cəlb olunması demək olacaq və münaqişənin mahiyyətini xeyli dəyişəcək. Bu, NATO ölkələrinin (ABŞ və Avropa ölkələri) Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq. Əgər belədirsə, o zaman bizə yönələcək təhdidlərə uyğun qərarlar verəcəyik.

Ukrayna prezidenti Vladimir Zelenski aylardır tələb edir ki, Ukrayna Rusiya ərazisinə qarşı hücumlarda Qərb tərəfindən təchiz edilmiş raketlərdən, o cümlədən ABŞ istehsalı olan “ATACMS” və Britaniya “Fırtına Kölgələr”indən istifadə etməyə icazə verilsin.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Zalujnı ətrafındakı vəziyyəti Qərbin Ukraynadakı mübarizəsinin əksi adlandırdılar

Kəmalə Sultan

İvleyeva enerji içkilərinin istehsalçısını məhkəməyə verdi

Aynur Camal

Rusiya xarici siyasət konsepsiyasına yenidən baxılıb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu