22 C
Baku
27 İyul 2025, 9:42
Baş xəbərDünya

Putin: Bəzi Qərb dövlətlərinin Ukraynada münaqişəni davam etdirmək siyasəti yanlışdır

Rusiya prezidenti Vladimir Putin bəzi Qərb ölkələrinin Ukraynada münaqişələri davam etdirmək və gərginliyi artırmaq siyasətinin yanlış olduğunu bəyan edib. Kreml Sarayından verilən açıqlamaya görə, Putin Rusiyada fəaliyyətə başlayan İsrail, Azərbaycan, Ermənistan və bəzi Avropa ölkələrinin də olduğu 28 ölkənin səfirlərini etimadnamələrini qəbul etmək üçün Kreml Sarayında qəbul edib.

Diplomatları vəzifəyə başlamaları münasibətilə təbrik edən Putin buradakı çıxışında ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa keçdiklərini bildirib.

Dünyada ədalətli qlobal iqtisadi əlaqələr sisteminin qurulmasının tərəfdarı olduqlarını, haqsız rəqabət və sanksiyalara qarşı olduqlarını bildirən Putin, çoxqütblü dünya nizamının qurulmasının vacibliyinə diqqət çəkib.

 “Ukrayna ilə danışıqlara açığıq”

Ukraynadakı vəziyyətə toxunan Putin, Rusiyanın müharibə başlayandan bəri Ukrayna ilə danışıqlara açıq olduğunu, lakin Ukraynanın hər dəfə danışıqlardan vaz keçdiyini bildirib.

Qərbin Ukraynaya münasibəti ilə bağlı Putin deyib: “Bəzi Qərb dövlətlərinin Ukraynada münaqişələri davam etdirmək, gərginliyi artırmaq, ölkəmizi strateji məğlubiyyətə uğratmaq siyasəti yanlışdır. Bu cür yalnış hesablamaları ancaq bilməyən insanlar edə bilər. Rusiyanın tarixini bilmək istəmirlər və rus xalqının birliyini nəzərə almırlar.Bunu iştirak etməyənlər edə bilər” deyib.

 “Yaxın Şərqdə böyük müharibənin qarşısını almağa çalışırıq”

Yaxın Şərqdəki vəziyyətə toxunan Putin bildirib ki, Rusiya Fələstin və İsrail arasındakı problemin Yaxın Şərqdə böyük müharibəyə çevrilməsinin qarşısını almaq üçün təşəbbüslər edir.

Putin, “Əminik ki, müvafiq tərəfləri kompromisə gətirmək və problemin davamlı və uzunmüddətli həllini tapmaq beynəlxalq hüquq əsasında mümkündür. Regionda sülhün bərpası üçün bunun həyata keçirilməsi lazımdır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq iki dövlət düsturunun həyata keçirilməsi vacibdir”, – deyə o bildirib.

Azərbaycan-Ermənistan münasibətlərinə toxunan Putin bu münasibətlərin yaxşılaşdırılması və Cənubi Qafqazda möhkəm sülhün təmin olunması üçün əllərindən gələni etdiklərini söyləyib.

Putin iki ölkə arasında sülh razılaşmasının əldə edilməsi, sərhədlərin müəyyən edilməsi, iqtisadiyyat və nəqliyyat əlaqələrinə maneələrin aradan qaldırılması istiqamətində dəstəyi davam etdirəcəklərini qeyd edib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən gənc rəssamı: O, 1,5 yaşında rekordlar kitabına düşdü

Aynur Camal

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bugün TV

SİHA-nın vurduğu xəstəxanada 5 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu