Putin: Dünya uzun müddət daxili yanma mühərrikli avtomobillərdən istifadə etməyə davam edəcək.
Dünya uzun müddət daxili yanma mühərrikli avtomobillərdən istifadə etməyə davam edəcək. “RİA Novosti” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən “Rusiya enerji həftəsi”nin plenar iclasında çıxışı zamanı deyib.
“Daxili yanma mühərriklərinin mərhələli şəkildə dayandırılması ilə bağlı əvvəlki planlar real olaraq, belə demək mümkünsə, “sağa” dəyişdirilir. Yaxşı, insanlar benzinlə işləyən avtomobillərdən istifadə edirlər və bunu hələ uzun müddət davam etdirəcəklər”, – Rusiya lideri bildirib.
Mənbə: mail.ru
