25 C
Baku
20 İyul 2025, 7:06
DünyaSiyasət

Putin dost olmayan ölkələrdən gələn messencerlər üçün məhdudiyyətlərin hazırlanmasını əmr edib

Rusiya prezidenti Vladimir Putin biznes nümayəndələri ilə görüşdən sonra Rusiya hökumətinə dost olmayan xarici ölkələrdə istehsal olunan proqram təminatının (o cümlədən rabitə xidmətlərinin) Rusiya Federasiyasında istifadəsinə əlavə məhdudiyyətlərin tətbiqi ilə bağlı təkliflər təqdim etməyi tapşırıb. Bu barədə Kremlin saytında məlumat verilib.

Məsul şəxs Rusiyanın baş naziri Mixail Mişustindir. Hökumət 2025-ci il sentyabrın 1-dək Rusiyada xarici xidmətlərin işini çətinləşdirmək üçün hansı məhdudiyyətlərin hazırlana biləcəyi ilə bağlı hesabat hazırlamalıdır.

“Vedomosti” yazır ki, rabitə xidmətləri dedikdə messencerləri nəzərdə tuturlar. WhatsApp Amerika Meta şirkətinə məxsusdur. Yəni dost olmayan ölkədir. Telegram-ın baş ofisi Rusiya üçün dost ölkə olan BƏƏ-də yerləşir.

Media etiraf edir ki, sentyabrın 1-dən sonra ən populyar iki messencer – WhatsApp və Telegram Rusiyada bloklana bilər. Lakin hakimiyyət bu məlumatı təsdiqləmir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“Ətraf mühitin əməyin təhlükəsizliyinə təsiri” mövzusunda konfrans keçirildi

Aynur Camal

İsrail Qəzzaya havadan zərbə endirdi: 20 fələstinli həyatını itirdi

Aynur Camal

Jurnalistlər onu “soyqırım tərəfdarı” adlandıraraq etiraz etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu