29 C
Baku
28 İyun 2025, 18:28
Dünya

Putin Ərdoğana zəng etdi

Türkiyə və Rusiya prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Tərəflər İsrail-İran münaqişəsini, ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan deyib ki, İsrailin 13 iyunda İrana hücumu ilə başlayan “zorakılıq spiralı” bütün Yaxın Şərq regionunun təhlükəsizliyini təhdid edir. Türkiyə prezidenti vurğulayıb ki, İranın nüvə proqramı ətrafında problem ancaq diplomatiya yolu ilə həll edilə bilər.

Kreml bildirib ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı hərbi əməliyyatını pisləyib və vəziyyəti diplomatik yolla həll etmək üçün səy göstərməyə razılaşıblar.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkiana zəng edərək İslam Respublikası ilə İsrail arasındakı münaqişədə vasitəçi kimi çıxış etməyə hazır olduğunu bəyan edib. Rusiya, həmçinin İrandan artıq nüvə materialının çıxarılması da daxil olmaqla, vəziyyətin həllinə kömək etməyə hazırdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Serbiyada məcburi hərbi çağırışın bərpası gündəmdədir

İntizar Əmirova

Şaxtanın çökməsi nəticəsində 7 nəfər öldü

Nigar Məmmədova

Real Madrid Mubadalaya qarşı məhkəmədə uduzdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu