Baş xəbərDünya

Putin İranla tərəfdaşlıq sazişini təsdiqlədi

Rusiya prezidenti Vladimir Putin İranla hərtərəfli strateji tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.

Rusiya ilə İran arasında münasibətlərdə irəliyə doğru daha bir addım atılıb. Rusiya prezidenti Vladimir Putin İranla hərtərəfli strateji tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Putinin təsdiq etdiyi saziş Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

Saziş Moskva ilə Tehran arasında uzunmüddətli əməkdaşlığın inkişafı üçün hüquqi baza yaradır. Rusiya və İrana rəsmən “strateji tərəfdaş” statusu verən saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət və texnologiya da daxil olmaqla bütün sahələri əhatə edir.

İranın xarici işlər naziri Abbas Arakçi ötən həftə Moskvada Putinlə görüşüb. Arakçi İran və Rusiya arasında imzalanması planlaşdırılan “Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi”nin iki ölkə arasında əməkdaşlığın göstəricisi olduğuna işarə edərək, əlaqələrin bütün sahələrdə dərinləşdirilməsi lazım olduğunu bildirmişdi.

Putin isə görüş zamanı ikitərəfli münasibətlərin, eləcə də regional və beynəlxalq məsələlərdə əməkdaşlıq və koordinasiyanın iki xalqın maraqlarına xidmət etdiyini və regional sabitliyi gücləndirdiyini vurğulayıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Mariya Zaxarova: “Biz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün əlimizdən gələni edirik”

Nigar Məmmədova

Qəzaya uğrayan təyyarədə 4 uşaq sağ tapıldı

Aynur Camal

Arzuman Azaflı: “Xilasedicilərimiz dağıntılar altında qalan 2 nəfəri sağ çıxarıblar”-VİDEO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu