27 C
Baku
26 İyul 2025, 7:40
Baş xəbərDünya

Putin İranla tərəfdaşlıq sazişini təsdiqlədi

Rusiya prezidenti Vladimir Putin İranla hərtərəfli strateji tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.

Rusiya ilə İran arasında münasibətlərdə irəliyə doğru daha bir addım atılıb. Rusiya prezidenti Vladimir Putin İranla hərtərəfli strateji tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Putinin təsdiq etdiyi saziş Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

Saziş Moskva ilə Tehran arasında uzunmüddətli əməkdaşlığın inkişafı üçün hüquqi baza yaradır. Rusiya və İrana rəsmən “strateji tərəfdaş” statusu verən saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət və texnologiya da daxil olmaqla bütün sahələri əhatə edir.

İranın xarici işlər naziri Abbas Arakçi ötən həftə Moskvada Putinlə görüşüb. Arakçi İran və Rusiya arasında imzalanması planlaşdırılan “Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi”nin iki ölkə arasında əməkdaşlığın göstəricisi olduğuna işarə edərək, əlaqələrin bütün sahələrdə dərinləşdirilməsi lazım olduğunu bildirmişdi.

Putin isə görüş zamanı ikitərəfli münasibətlərin, eləcə də regional və beynəlxalq məsələlərdə əməkdaşlıq və koordinasiyanın iki xalqın maraqlarına xidmət etdiyini və regional sabitliyi gücləndirdiyini vurğulayıb.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Elnarə Akimovanın təşəbbüsü ilə şəhidin mövludu qeyd olundu

Aynur Camal

İspaniya turizm rekordu qırdı

Aynur Camal

Daşqınlardan zərər çəkmiş ərazilərdən təxliyə edilənlərin sayı 14 minə çatdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu