12 C
Baku
24 Mart 2026, 12:22
Siyasət

Putin Məclisdə çıxış edəcək

Bugun.tv xəbər verir ki, Kreml Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətinin tarixini açıqlayıb. Tədbir fevralın 29-da keçiriləcək.

“2024-cü il fevralın 29-da Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edəcək”, – Kremlin mətbuat xidmətinin bəyanatında deyilib.

Rusiya Konstitusiyasına görə, prezident “Federal Məclisə ölkədəki vəziyyət, dövlətin daxili və xarici siyasətinin əsas istiqamətləri haqqında illik məruzə ilə müraciət edir”. Dövlət başçısı bu cür çıxışlarında ənənəvi olaraq ölkədəki vəziyyətlə bağlı öz qiymətini açıqlayıb. Gələcək üçün vəzifələr qoyub.

Bundan əvvəlki illik müraciət 2023-cü ilin fevralında baş tutub. Bu, Rusiyanın müasir tarixində 28-ci, Vladimir Putin üçün isə 18-ci müraciət olub.

Mənbə tass

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Ekspert: ABŞ-ın təkliflərini İran qəbul edib, gizli danışıqlar aparılır

Aynur Camal

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Pezeşkian Əliyevə: Naxçıvana hücumun İranla əlaqəsi yoxdur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu