20 C
Baku
28 İyun 2025, 4:19
Dünya

Putin Microsoft və Zoom kimi xarici bulud xidmətlərini hədəflədi

Rusiyanın Rəqəmsal İnkişaf naziri Maksut Şadayev bildirib ki, ölkədə fəaliyyət göstərən xarici bulud sistemlərinə tədricən məhdudiyyətlər qoyula bilər.

Paytaxt Moskvada keçirilən tədbirdə Şadayev Rusiya prezidenti Vladimir Putinin “Microsoft” və “Zoom” kimi şirkətləri “boğulmalı” sözlərini dəyərləndirib.

Xarici xidmət təminatçılarının Putinin dediyi kimi “boğulacağını” ifadə edən Şadayev, “Bizim yanaşmamız böyük şirkətlərdə rusiyalı həmkarlarının mövcud olduğu xarici bulud xidmətlərindən istifadənin mərhələli şəkildə məhdudlaşdırılmasını nəzərdən keçirməkdir” deyib.

Rusiyada yüksək siyasət faizləri səbəbiylə çətin iqtisadi şərtlərin olduğuna diqqət çəkən Şadayev, bu səbəbdən İT sektorunda xərclərin azaldığını və sektora dəstək üçün addımların atılması lazım olduğunu bildirib.

Şadayev onu da qeyd edib ki, Rusiyanı tərk edən Qərb İT şirkətlərinə hələ də ödənişlər edilməsi ona “qəribə” görünür. Putin mayın 26-da verdiyi açıqlamada Microsoft və Zoom kimi xidmətlərin Rusiyada qazanc əldə etməyə davam etdiyini bildirərək, “Onları boğmaq lazımdır. Bunu tərəddüd etmədən deyirəm, çünki onlar da bizi boğmağa çalışırlar, cavab verməliyik” deyib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İordan çayının qərb sahilində 2-si uşaq olmaqla 18 fələstinli əsir götürüldü

Aynur Camal

Həkim yerkökün həqiqətən görmə qabiliyyətini yaxşılaşdırdığını açıqladı

Aynur Camal

Bənd partladı: Yüzlərlə ev su altında qaldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu