31 C
Baku
21 İyul 2025, 13:14
Baş xəbərDünya

Putin Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı görüşüb.

Kremldən verilən məlumata görə, Putin Paşinyanla telefon danışığında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı fikir mübadiləsi aparıb, Bakıya rəsmi səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşə diqqət çəkib.

 Görüşdə Rusiyanın Ermənistan və Azərbaycana sülh sazişinin hazırlanması, sərhədlərin müəyyən edilməsi və çəkilməsi prosesinin dəstəklənməsi, nəqliyyat və logistika əlaqələrində maneələrin aradan qaldırılmasında bundan sonra da yardım göstərməyə hazır olduğu vurğulanıb.

Putin və Paşinyan iki ölkə arasında ticarət-iqtisadi qarşılıqlı əlaqələrin müsbət dinamikasına da diqqət çəkiblər.

Liderlərin görüşündə təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Avtomobillər toqquşdu: 1 ölü, 6 yaralı var

Bugün TV

“Rusiya taxıl müqaviləsinin yerinə yetirilməsi şərtlərindən geri çəkilməyəcək”

Aynur Camal

ABŞ-da bir şəxs evində ayı hücumuna məruz qalıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu