19 C
Baku
28 İyun 2025, 6:53
Dünya

Putin Pezeşkian və Netanyahu ilə telefonla danışdı

Kremlin məlumatına görə, prezident Vladimir Putin İran prezidenti Məsud Pezeşkian və İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb.

Xəbərdə deyilir ki, iranlı həmkarı ilə söhbətində Putin İsrailin zərbələri nəticəsində həlak olanlar, o cümlədən mülki şəxslərlə bağlı respublika hökumətinə və xalqına başsağlığı verib. Prezident vurğulayıb ki, Rusiya İsrailin BMT Nizamnaməsini və beynəlxalq hüququ pozan hərəkətlərini pisləyir.

Dövlət başçısı Netanyahu ilə söhbətində “gərginliyin daha da artmasının qarşısını almaq üçün vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu” bildirib.

Pezeşkian İsrailin “təcavüzünü” “beynəlxalq normaların açıq-aşkar pozulması” adlandırıb və söz verib ki, “bu, mütləq layiqli cavab alacaq”. O əlavə edib ki, İran “nüvə silahı yaratmağa çalışmır” və buna zəmanət verməyə hazırdır.

Rusiya Xarici İşlər Nazirliyi daha əvvəl İsrailin İranın “yatmış dinc şəhərlərinə və nüvə enerjisi infrastruktur obyektlərinə” zərbələrini “təxribatsız” və “qəti şəkildə qəbuledilməz” adlandırmışdı. Nazirlik hər iki tərəfi təmkinli olmağa çağırıb.

Xatırladaq ki, İsrailin İrana qarşı “Rising Lion” əməliyyatı iyunun 13-nə keçən gecə başlayıb və hücumlar bütün gün və axşam davam edib. Hədəflər hərbi və nüvə obyektləri və İranın yüksək rütbəli hərbi rəsmilərinin yerləşdiyi yerlər olub.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Rubl və lirə dəyərsizləşdi, manatı nə gözləyir?

Nigar Məmmədova

Texas 100 min qeyri-qanuni immiqrantdan xilas oldu

Bugün TV

Yanvarın 3-də Yer kürəsi maksimal məsafədə Günəşə yaxınlaşacaq

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu