Dünya

Putin Rusiyanın Avropaya hücum edəcəyi ilə bağlı iddiaların “cəfəngiyat” olduğunu söylədi

Rusiya prezidenti Vladimir Putin Moskvada Müdafiə Nazirliyinin rəsmiləri ilə geniş iclasda çıxış edərək Avropada insanların Rusiya ilə qaçılmaz münaqişə qorxusu ilə qəsdən təşvişə salındığını bildirib.

O, bu iddiaları yalan və cəfəngiyat adlandırıb, Qərb ölkələrində isə “dərin pisləşmə” yaşandığını deyib. Putin Ukraynadakı müharibənin Qərb tərəfindən başladıldığını vurğulayıb, NATO-nun şərqə doğru genişlənməmək barədə Rusiyaya verdiyi vədləri yerinə yetirməsini gözlədiklərini qeyd edib. Sovet İttifaqının dağılmasından sonra “sivil Qərb cəmiyyətinə” qoşulmaq ümidinin doğrulmadığını bildirən Putin, orada yalnız davamlı tənəzzülün qaldığını söyləyib.

Putin Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatının” məqsədlərinə çatacağını deyərək, münaqişənin kök səbəblərinin diplomatik yolla aradan qaldırılmasına üstünlük verildiyini, lakin danışıqlardan imtina edilərsə hərbi yolla tarixi ərazilərin azad ediləcəyini bildirib.

O, 2025-ci ili cəbhədə dönüş nöqtəsi adlandırıb, strateji təşəbbüsün ələ keçirildiyini açıqlayıb. “Oreshnik” ballistik raket sistemlərinin ilin sonuna qədər döyüş xidmətinə verilib, “Burevestnik” və “Poseidon”un isə uzun müddət unikal silahlar olaraq qalacağı bildirilib.

Həmçinin Putin strateji nüvə qüvvələrinin inkişafının prioritet olaraq qaldığını, orduda robotlar və süni intellektdən daha çox istifadə ediləcəyini, Kursk bölgəsindəki fəaliyyətlərinə görə Şimali Koreya əsgərlərinə təşəkkür edilib.

Mənbə: Trthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu