19 C
Baku
8 Sentyabr 2024, 3:24
Dünya

Putin tələb etdi, Rusiya Parlamenti bunu təsdiqlədi! Mixail Mişustin yeni baş nazir oldu

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması Rusiya prezidenti Vladimir Putin tərəfindən namizədliyi irəli sürülən Mixail Mişustini baş nazir postuna təsdiqləyib.

Dövlət Dumasında Mişustinin namizədliyi ilə bağlı səsvermə üçün plenar iclas keçirilib. İclasda Mişustinin çıxışından sonra partiya nümayəndələri də söz alıblar.

Çıxışlar zamanı Kommunist Partiyasının sədri Gennadi Zyuqanov səsvermədə bitərəf qalacaqlarını bəyan edib.

Mişustin ümumi yığıncaqda 432 deputatdan 375-nin “hə” səsini alıb. 57 deputatın bitərəf qaldığı səsvermə nəticəsində Mişustinin baş nazir vəzifəsi təsdiqlənib.

Mixail Mişustin bəyan edib ki, o, baş nazirin müavinləri və nazirlərdən ibarət kabinet üzvlərini ən qısa zamanda müəyyən edib, təsdiq üçün parlamentə təqdim edəcək.

Mişustin federal icra orqanlarının strukturu ilə bağlı təkliflərini bir həftə ərzində Rusiya prezidenti Putinə, baş nazirin müavinləri və icraçı nazirliyə namizədlərin adlarını isə iki həftə ərzində Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasına təqdim etməlidir.

Putin Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası ilə məsləhətləşərək Dumanın təsdiqi olmadan birbaşa olaraq xarici işlər naziri, müdafiə naziri, ədliyyə naziri, fövqəladə hallar naziri və daxili işlər naziri təyin edəcək. Qanuna görə, yeni hökumətin təsdiq prosesi ən çox mayın 20-dək çəkə bilər.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rusiya və İslam ölkələrinin iqtisadi nümayəndələri 14-cü Kazan Forumunda bir araya gəldilər

Aynur Camal

İnsanlar indi lüks avtomobillərini zəncirləyirlər

İntizar Əmirova

Beşiktaş Qalatasarayı məğlub etdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu