28 C
Baku
8 Sentyabr 2025, 15:32
Baş xəbərHadisə

Putin: “Ukraynada müharibəyə Qərb dövlətləri başladı”

Bugun.tv xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibənin Qərb ölkələrinin atdığı addımlar səbəbindən başladığını ifadə edib. “Ukraynadakı hərəkətlərimizi yalnız bir şey müəyyən edir: Qərbin və onun peyklərinin Ukraynada xalqa qarşı başlatdığı müharibəyə son qoymaq”, – o, deyib.

Rusiya prezidenti Vladimir Putin Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən BRİKS-in 15-ci Sammiti çərçivəsində videokonfrans vasitəsilə liderlərin görüşündə iştirak edib.

BRİKS ölkələrinin çoxqütblü dünya nizamını dəstəklədiyini vurğulayan Putin, “Bəzi ölkələrin öz imtiyazları üçün irəli sürdüyü və neokolonializmin davam etdirilməsinə əsaslanan istənilən hegemonluğun əleyhinəyik”, – deyib.

Bu hegemonluq istəyinin Ukraynada böhrana yol açdığını bildirən Putin, “Qərb dövlətlərinin köməyi ilə bu ölkədə konstitusiyaya zidd çevriliş edildi, daha sonra qəbul etməyənlərə qarşı 8 il amansız müharibə başladıldı”, – ifadəsini işlədib.

Bugün TV

Oxşar xəbərlər

Polşadan nüvə silahı ilə bağlı bəyanat DÜNYA

Aynur Camal

Yaddaş gücünü necə yaxşılaşdırmaq olar?

Aynur Camal

Ulu Öndərə həsr olunan ağacəkmə aksiyası keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu