Rusiya prezidenti Vladimir Putin müharibəyə son qoymaq üçün demokratik seçkilərin keçirilməsi və danışıqların aparılması üçün Ukraynada müvəqqəti administrasiya təyin etməyi təklif edib. Putin Rusiyanın Murmansk şəhərindəki limanda keçirilən tədbirdə çıxış edib.
Ukraynada müharibəyə başlamadıqlarını iddia edən Putin, “Münaqişələr 2014-cü ildə Ukraynada Qərb dövlətlərinin dəstəklədiyi çevrilişlə başladı” deyib.
Ukrayna ilə danışıqların aparılması üçün qanuni bir idarənin olması lazım olduğunu bildirən Putin, “Prinsipcə, Birləşmiş Millətlər Təşkilatı (BMT), ABŞ, Avropa ölkələri və tərəfdaşlarımızın himayəsi altında Ukraynada müvəqqəti administrasiya yaradıla bilər” deyib.
“Sülh razılaşması danışıqları başlaya bilər”
Putin bu yolla Ukraynada xalqın dəstəklədiyi bir hökumətin hakimiyyətə gələ biləcəyini açıqlayıb və əlavə edib: “Beləliklə, demokratik seçkilər keçirməklə xalqın etimadını qazanan səlahiyyətli və etibarlı bir hökumət hakimiyyətə gətirilə bilər və daha sonra onlarla sülh sazişi danışıqları başlaya bilər” ifadələrdən istifadə edib.
BMT-nin daha əvvəl Yuqoslaviya və Papua-Yeni Qvineyada da oxşar işləri yerinə yetirdiyinə diqqət çəkən Putin, “Bu, Ukraynada da variantlardan biri ola bilər. Bu yolla dünya səviyyəsində tanınacaq və etibar ediləcək qanuni sənədlərə imza atmaq mümkün olacaq” deyə qiymətləndirmə aparıb.
Putin əlavə edib ki, ABŞ prezidenti Donald Tramp “səmimiyyətlə” münaqişəyə son qoymaq istəyir.
Mənbə: TrtHaber