Rusiya prezidenti Vladimir Putin Ukrayna qoşunlarının Kurskdan çıxarılmasından sonra ilk dəfə regiona səfər edib. Bölgədə könüllü qruplarla görüşən Putin açıqlamalarında Ukraynaya qarşı sərt ifadələr işlədib.
Rusiya prezidenti Vladimir Putin keçən ay Rusiya ordusunun Ukrayna qoşunlarını Kurskdan çıxarmasından sonra ilk dəfə bölgəyə səfər edib.
Kremldən verilən məlumata görə, Putin dünənki səfəri zamanı bölgədəki könüllü qruplarla görüşüb və Kurçatov şəhərində tikilməkdə olan Kursk Atom Elektrik Stansiya-2-ni ziyarət edib. O, Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteynlə, həmçinin Kursk vilayətinin rəsmiləri ilə görüşüb.
Putin hücumlardan sonra sakinlərə kömək etmək üçün Kurskda olan könüllülərlə görüşüb və onlara “vacib və nəcib” işlərinə görə təşəkkür edib.
Ukraynanın hələ də Rusiya sərhədinə doğru irəliləməyə çalışdığını bildirən Putin, Ukrayna ordusunun hələ də Rusiya sərhədinə doğru irəliləməyə çalışdığını bildirib. O, İkinci Dünya Müharibəsi abidələrinə etdiyi hücumlara toxunub. “Bu, bizə bu insanların neonasist ideologiyası olduğunu söyləmək üçün hər cür əsas verir. Axmaqların yarışmasında belə ikinci yeri tutacaqdılar. Niyə? Çünki onlar axmaqdırlar. Etdikləri ilə (abidələri hədəfə alaraq) kim olduqlarını göstərirlər”, – Putin bildirib.
Putin vurğulayıb ki, Ukraynada və Qərb ölkələrində Rusiyaya aid abidələr “yaddaşın silinməsi” üçün sökülür. Rusiyanın bütün məqsədlərinə, xüsusən də xalqının birliyinə nail olacağına əminliyini ifadə edən Putin deyib: “Bu gün bütün ölkə vahid komandadır. Bu, bizim bütün səylərimizin qeyd-şərtsiz uğurudur. Bütün məqsədlərimizə çatmaq üçün bunlar zəruri şərtlərdir”.
2022-ci ilin fevralında Rusiyanın başlatdığı hücumlardan iki il sonra Ukrayna ordusu çoxlu sayda pilotsuz uçuş aparatı (PUA) və ağır Qərb silahları ilə Rusiya sərhədini keçərək 6 avqust 2024-cü ildə Kursk bölgəsinə daxil olub. Ukrayna qüvvələri Kurskda təxminən 1400 kvadrat kilometr ərazini ələ keçirib. Rusiya Ukrayna qoşunlarının aprelin sonunda uzun sürən şiddətli toqquşmalardan sonra Kursk bölgəsindən çıxarıldığını açıqlayıb.
Mənbə: TgrtHaber